Ukrayna xüsusi xidmət orqanlarının hərbi obyektlərin koordinatlarını ötürən agenti saxlanılaraq nəzarətə götürülüb.
Obyektlərdən birinə 80 PUA-nın hücumu planlaşdırılıb. Bu barədə RİA Novosti FTX-nin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə şöbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, saxlanılan şəxs özü Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə yaradıb. Sonradan onların göstərişi ilə hərbi sənaye kompleksi obyektləri və Müdafiə Nazirliyi haqqında düşməni maraqlandıran məlumatlar toplayıb.
Saxlanılan Rusiya vətəndaşı Ukrayna xüsusi xidmət orqanlarının maraqları naminə terror fəaliyyətinə köməklik maddəsi ilə cinayət törətməkdə şübhəli bilinir.
Cavid