AZ

Qüdrət Həsənquliyev jurnalistləri təbrik edib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev milli mətbuatın 150 illik yubileyi münasibətilə media mənsublarını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz və dəyərli media mənsubları!

Sizi Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə təbrik edirəm!

Bu il Milli Mətbuat və Jurnalistika Günü əlamətdar tarixə təsadüf edir. Azərbaycan mətbuatı 150 illik yubileyini qeyd edir.
150 illik tarixdə Azərbaycan mətbuatı xalqımızın və dövlətimizin həyatında baş verən bir sıra şərəfli, eyni zamanda ağır proseslərə şahidlik edib.

Azərbaycan mətbuatı “Əkinçi” qəzetindən başlayaraq, 150 ildir ki, mürəkkəb, çətin və şərəfli yol keçir. Mətbuatımız xalqımızın maariflənməsində, ana dilimizin və milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin təbliğində və inkişafında, eyni zamanda dövlət maraqlarının müdafiəsində önəmli rol oynayır.

Azərbaycan mətbuatı dövlət və xalq olaraq keçdiyimiz çətin və şərəfli mübarizə tarixində üzərinə düşən tarixi vəzifələri ləyaqətlə yerinə yetirib.

Seçilən
17
8
aznews.az

10Mənbələr