AZ

Qarabağ ın Dublin proqramı

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelbrun”la (Shelbourne) qarşılaşacaq “Qarabağ” bu gün İrlandiyaya yola düşəcək.

Bu haqda QOL.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Komanda yerli vaxtla saat 15:00-da çarter reysi ilə Dublinə yollanacaq. "Qarabağ"ı İrlandiya paytaxtına təxminən 6 saat yarımlıq yol gözləyir. 

Komandanın bugünə məşqi nəzərdə tutulmayıb. Sabah Dublin vaxtı ilə saat 18:45-də (Bakı vaxtı ilə 21:45) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı, 19:00-da isə komandanın "Tolka Park” arenasında məşqi keçiriləcək.

Oyundan dərhal sonra "Qarabağ" Bakıya qayıdacaq.

Klubdan o da bildirilib ki, oyunda 100-ə yaxın "Qarabağ" azarkeşi gözləyirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
50
qol.az

10Mənbələr