AZ

"Qarabağ"ın Çempionlar Liqasında potensial rəqiblərinin sayı azaldı

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, püşkdə 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) - “Qarabağ” cütünün rəqibi də bəlli olacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

"Qarabağ" daha yüksək reytinqi səbəbindən səpələnmişlər səbətində yer alıb.

“Şelbrun” - “Qarabağ” cütünün cütünün qalibi 2-ci mərhələnin digər 3 cütlüyündən birinin ən güclüsü ilə qarşılaşacaq:

"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün qalibi

"Hamrun Spartans" (Malta) - "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi

"Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi

Bəs “Şelbrun” - “Qarabağ” cütünün məğlubu Avroliqada kiminlə qarşılaşacaq?

Bu gün həmçinin UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin də püşkatma mərasimi keçiriləcək.

Mərasimdə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) - “Qarabağ” cütünün məğlubunun rəqibi də bəlli olacaq.

Bu cütlük səpələnməmişlər səbətində yer alacaq və onun rəqibi Avropa Liqasının 2-ci mərhələsinin qaliblərindən biri olacaq. Söhbət aşağıdakı 3 cütlükdən birinin ən güclüsündən gedir:

"HNK Riyeka (Xorvatiya)" - "Ludoqorets" (Bolqarıstan)

RFS (Latviya) - "Malmö" (İsveç)

"Linkoln" (Cəbəllütariq) - "Srvena Zvezda" (Serbiya)

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Seçilən
20
50
sportinfo.az

10Mənbələr