ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Üçüncü Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 21-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Özbəkistanın Milli İnformasiya Agentliyi (UZA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və UZA-nın baş redaktoru Abdijalol Taipatov imzalayıblar.
Şuşada imzalanan Anlaşma Memorandumu xəbərlər, foto və videomateriallar mübadiləsini, məlumat mənbələrindən istifadəni və hər iki ölkədə baş verən hadisələrin, keçirilən tədbirlərin, habelə rəsmi şəxslərin səfərlərinin işıqlandırılmasında qarşılıqlı yardım göstərilməsini nəzərdə tutur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.