Konfrans Liqasında mübarizə aparacaq Azərbaycan klublarının bu gün III təsnifat mərhələsindəki potensial rəqibləri məlum olacaq.
Futbolpress.az xəbər verir ki, püşkatma mərasimi saat 16:00-da start götürəcək.
Səpələnmişlər səbətində yer alan “Petrokub” (Moldova) – “Sabah” və “Zirə” – “Hayduk” (Xorvatiya) cütünün qalibləri səpələnməmişlər cütünün ən güclüsü ilə qarşılaşacaq.
“Rakov” (Çenstoxova, Polşa) – “Jilina” (Slovakiya)
“Sele” (Sloveniya) – AEK (Larnaka, Kipr)
“Aris” (Limassol, Kipr) – “Puşkaş Akademiya” (Macarıstan)
“Levski” (Sofiya, Bolqarıstan) – “Braqa” (Portuqaliya)
“Atletik Klub Eskaldes” (Andorra) – “Dinamo Siti” (Albaniya)
Səpələnməmişlər səbətində yer alan “Araz-Naxçıvan” (Azərbaycan) – “Aris” (Yunanıstan) cütünün qalibi isə səpələnmişlər səbəbtində yer alan cütlüklərin ən güclüsü ilə üz-üzə gələcək.
“Aktobe” (Qazaxıstan) – “Sparta” (Praqa, Çexiya)
“Omoniya” (Kipr) – “Torpedo” (Kutaisi, Gürcüstan)
“Zimbru” (Kişinyov, Moldova) – “Astana” (Qazaxıstan)
“Riqa” (Latviya) – “Dila” (Qori, Gürcüstan)
“Hibernians” (Malta) – “Spartak Trnava” (Slovakiya)