AZ

“Qarabağ”dan qorxurlar - Görün, ürəklərindən nə keçir!

Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniya klubu “Olimpiya”nı üstələyən Qazaxıstan təmsilçisi “Kayrat”ın II raundu da keçməsi gözlənilir.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, komanda bu mərhələdə Finlandiya KuPS-u ilə qarşılaşacaq.

Qazaxıstan futbol ictimaiyyəti “Kayrat”ın III təsnifat mərhələsinə yüksələcəyinə şübhə etmir. Ancaq həmin raunddakı potensial rəqiblər Almatı klubunu qorxudur.

Mümkün rəqiblər “Kopenhagen” (Danimarka), “Srvena Zvezda” (Serbiya), “Ferensvaroş” (Macarıstan), “Slovan” (Slovakiya), “Makkabi” (Təl-Əviv, İsrail) və “Qarabağ”dır (Azərbaycan).

Məlumatda qeyd olunub ki, Qazaxıstan klubunun məşqçilər korpusu bu komandalardan “Ferensvaroş” və “Qarabağ”dan daha çox çəkinir.

Çünki Macarıstan və Azərbaycan çempionunun son illər avrokuboklardakı uğurlu nəticələri və stabil heyətii “Kayrat” üçün ciddi təhlükə sayılır.

Qazaxıstanlılar mərhələ adlayacaqları təqdirdə “Slovan” və ya “Makkabi”yə rəqib olmağı arzulayacaq.

Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 22-23-də və 29-30-da keçiriləcək. “Qarabağ” bu raundda İrlandiya klubu “Şelburn”la qarşılaşacaq.

Seçilən
26
50
sportinfo.az

10Mənbələr