Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“III Şuşa Qlobal Media Forumunda Azərbaycan lideri İlham Əliyevin çıxışı təkcə yerli media deyil, beyəlxalq mətbuat tərəfindən də diqqətlə izlənilir. Forumda iştirak edən prezident Əliyev jurnalistlərin suallarına cavab verdi. Rəqəmsal keçidlər, süni intellektlə bağlı olan forumda cənab prezident bir sıra məsələlərlə bağlı fikirlərini açıqladı. Prezidentin çıxışında iqtisadi, siyasi və ideoloji məsələlər var”.Bunu “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev deyib.C. Nuriyev əlavə edib ki, iqtisadi mövzuda çıxışı zamanı prezident Zəngəzur dəhlizi, Azərbaycanın xarici borcu, ölkəmizin iqtisadi durumu, potensialı, Qarabağ və Zəngəzurda yürütdüyü yaşıl iqtisadiyyatla bağlı, eləcə də əhalinin rifah səviyyəsinin yaxşılaşdırılmasına dair fikirlər işlədib.Professorun sözlərinə görə, Azərbaycan prezidenti siyasi blokda da çoxsaylı məsələlərə toxunub. Bu kontekstdə Əbu-Dabi görüşü, Azərbaycan və Ermənistan arasında sülh danışıqları, Azərbaycanın qonşu dövlətlərlə bağlı yürütdüyü sıfır problem, Zəngəzur dəhlizinin siyasi əhəmiyyəti - Azərbaycan vətəndaşlarının öz ölkəsindən öz ölkəsinə getmək prinsipi haqqında danışıb. Dövlət başçısı, eyni zamanda Azərbaycan-ABŞ, Azərbaycan-Çin, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də toxunub.C. Nuriyev bildirib ki, Azərbaycan lideri ilk dəfə olaraq dünya siyasi arenasında yeni ideya irəli sürüb. Bu ideya təkcə qonşularla sıfır problemi deyil, qonşularımızın qonşuları ilə olan məsələləri də gündəmə gətirib: “Məsələn, Azərbaycanın Özbəkistan və Qırğızıstanla heç dəniz üzərindən də sərhədi yoxdur. Bunlar bizim qonşularımızın qonşularıdır. Bu, gələcəkdə Türk Dövlətləri Təşkilatı ilə bağlı irəli sürüləcək iddiaların qarşısını almaq üçün gündəmə gətirilən məsələdir. Əslində cənab prezident çox uzaqgörən siyasət irəli sürür”.C. Nuriyevin qənaətincə, Azərbaycan prezidenti İ. Əliyev Cənubi Qafqaz miqyaslı regional siyasətçi sərhədlərini çoxdan aşıb, o, nəinki türk dünyasının, islam aləminin, MDB məkanın, artıq dünya siyasətinin formalaşdırılmasında əsas oyunşulardan birinə çevrilir. “Bu da Azərbaycan üçün qürurverici və şərəf gətirən mühüm hadisədir. Odur ki, prezidentin bu mövzulara toxunması həm siyasi, həm də ideoloji məsələləri özündə əks etdirir. Sözsüz ki, prezident 44 günlük Vətən müharibəsi, xalqımızın vəhdətindən, hərbi qələbəmizin siyasi-ideoloji tərəflərinə də toxundu”,- deyə Nuriyev əlavə edib.Müsahibimiz hesab edir ki, prezident İlham Əliyevin III Şuşa Qlobal Media Formunda çıxışı zamanı toxunduğu məsələlər Azərbaycanın yaxın dövr üçün həm siyasi, həm də ideoloji sahədə yürüdəcəyi siyasətin yol xəritəsini gündəmə daşıyıb: “Bu, çox uğurlu, arqumentli və əhatəli çıxış oldu. Biz cənab prezidentin irəli sürdüyü bütün fikirləri dəstəkləyirik. Vəhdət Partiyası mərkəzçi siyasi təsisat olaraq cənab prezidentin siyasətini dəstəkləyərək hakimiyyətlə xalq arasında vəhdətin olmasını alqışlayır”.Y. QACARReyting.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.