AZ

Avroliqa: “Qarabağ” “Şelburn”u keçə bilməsə…

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/26 mövsümünün 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Arena.az xəbər verir ki, püşkatma mərasimində UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) cütünün məğlubunun rəqibi də bəlli olacaq.

Bu cütlük səpələnməmişlər səbətində yer alacaq və onun rəqibi Avropa Liqasının 2-ci mərhələsinin qaliblərindən biri olacaq. Söhbət aşağıdakı 3 cütlükdən birinin ən güclüsündən gedir:

“Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan)
RFS (Latviya) – “Malmö” (İsveç)
“Linkoln” (Cəbəllütariq) – “Srvena Zvezda” (Serbiya)

Qeyd edək ki, Avroliqanın 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Seçilən
6
6
arena.az

10Mənbələr