AZ

Avropa Xəbər Agentlikləri Alyansının rəhbəri: Trend BİA dünya miqyasında müstəsna etimad qazanıb

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanın ən böyük müstəqil xəbər agentliyi olan Trend BİA dünya miqyasında müstəsna etimad qazanıb.

Bu fikirləri Şuşada keçirilən III Qlobal Media Forumunda Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandru Qiboy səsləndirib.

"Trend BİA dünya miqyasında müstəsna etimad sahibidir, geniş beynəlxalq əlaqələr yaradıb və Azərbaycanın hüdudlarından kənarda da etibarlı, peşəkar jurnalistika nümunəsi sərgiləyir," - Qiboy vurğulayıb.

O, bildirib ki, getdikcə daha geniş vüsət alan informasiya səs-küyü, dezinformasiya və manipulyasiya şəraitində məhz Trend kimi agentliklər etibarlı beynəlxalq informasiya mühitinin inkişaf etdirilməsini mümkün edir.

"Bu gün biz Balkan regionu və Mərkəzi Avropanın agentliklərini birləşdirən informasiya layihəsini həyata keçiririk. Məqsədimiz keyfiyyətli məzmun yaratmaqdır. Biz yoxlanılmış məlumatların və etibarlı mənbələrin dəyərini bildiyimiz üçün bu addımı atırıq. Trend də belə mənbələrdən biridir," - deyə A. Qiboy əlavə edib.

EANA-nın baş katibi Azərbaycanın Trend BİA vasitəsilə Avropanın ən böyük xəbər agentlikləri alyansında informasiya mübadiləsinin tamhüquqlu iştirakçısı olmasından qürur duyduğunu bildirib:

"Biz 33 ölkədən həm özəl, həm də dövlət agentlikləri daxil olmaqla, 33 agentliyi birləşdiririk. Əminik ki, bu əməkdaşlıq bütün tərəflərə fayda verir," - deyə o yekunlaşdırıb.

Baş katib həmçinin ictimai etimadın formalaşdırılmasında xəbər agentliklərinin xüsusi rolunu vurğulayıb: "Biz həqiqətin carçılarıyıq. Bizim vəzifəmiz faktları olduğu kimi çatdırmaqdır ki, insanlar özləri nəticə çıxara bilsinlər".

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
3
news.milli.az

10Mənbələr