AZ

Ermənistan: “Zəngəzur dəhlizi” terminini qəbul etmirik – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan Azərbaycan Prezidenti İlham Əliyevin "Zəngəzur dəhlizi" ilə bağlı açıqlamalarını tənqid edib. O, bildirib ki, bu fikirlər danışıqların məntiqindən kənara çıxır və Ermənistan üçün qəbuledilməzdir. Bağdasaryan qeyd edib ki, Ermənistan "Sülh kəsişməsi" layihəsini həm Azərbaycan, həm də beynəlxalq tərəfdaşlarla müzakirə edir və bu, yalnız qarşılıqlı suverenlik və ərazi bütövlüyü çərçivəsində mümkündür.

Onun sözlərinə görə, Ermənistanın gömrük və sərhəd nəzarətindən imtina etməsi qeyri-mümkündür. Həm tranzit, həm də digər məqsədlərlə ölkəyə daxil olan insanlar və yüklər beynəlxalq standartlara uyğun yoxlanılmalıdır. Əks halda, bu, kontrabanda və təhlükəli yüklərin daşınması riskini artırar.

Bağdasaryan əlavə edib ki, texnologiyaların inkişafı gömrük və sərhəd prosedurlarının sadələşdirilməsinə imkan verir, lakin dövlətin nəzarət funksiyası saxlanılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
50
olaylar.az

10Mənbələr