Sitat.info saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiya və Ukrayna arasında İstanbulda növbəti danışıqlar raundu keçiriləcək. Bu danışıqlar tərəflər arasında ikitərəfli şəkildə razılaşdırılıb. Kiyev və Moskva arasında rabitə kanalı işləyir və tərəflər arasında danışıqlar aparılır. Kiyevin təklifi ilə Rusiyanın İstanbul danışıqlarına razılıq verməsi, əsasən artan hərbi və iqtisadi təzyiqlərdən qaynaqlanır.
Avropa İttifaqının 18-ci sanksiyalar paketi və ABŞ Ukraynaya hərbi yardımları intensivlədirməsi, həmçinin növbəti 50 gündən sonra, Vaşinqtondan gözlənilən sanksiyalar Kremli danışıqlar masasına əyləşdirir. Əgər, Rusiya danışıqlar görüntüsü yaradacaqsa, bu Moskvanın əleyhinə işləyəcək. Necə ki, D. V. Putin D. Trampla telefon danışıqlarında manipulyasiya etməklə, Ağ Evin Rusiyaya qarşı sərt xətt siyasəti ilə üzləşdi. Məhz bu telefon danışığından sonra, Avropa İttifaqı 18-ci sanksiyalar paketini qəbul etmiş oldu.
Göründüyü kimi, ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı eyni mövqedən çıxış edərək kordinasiyalı çalışır.
İstanbulda keçirilən danışıqlarda əsirlərin dəyişdirilməsi və rabitə kanalının açıq saxlanması razılaşdırılacaq. Həmçinin strateji mülki obyektlərə hücumlar edilməməsi barədə razılıq əldə edilə bilər. Amma, Rusiyanın növbəti dəfə Ukraynanın ərazi bütövlüyünə qəsd olan təkliflərlə çıxış etməsi, bu danışıqlara kölgə salacaq.
Bu danışıqlarda V. Putin və V. Zelenski görüşünün keçirilməsi müzakirə edilə bilər. Ukrayna bələ bir görüşə hazırdır. Amma, V. Putin nə D. Trampla, nə də V. Zelenski ilə görüşə hazır deyil. Yaxın perspektivdə cəbhə xəttində Ukrayna üstünlük əldə edərsə və ABŞ sanksiyaları tətbiq edilərsə, D. Tramp, V. Zelenski və V. Putin üçtərəfli görüş baş tuta bilər. Üç tərəfli bu görüş Türkiyə seçilər. Məhz D. Trampın planı bundan ibarətdir. Ona görə də ABŞ Ukraynaya hərbi yardımları intensivlədirməsi gözlənilir.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə,
Sitat.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.