AZ

Baş redaktor: Şuşada keçirilən Qlobal Media Forumu media quruluşları, jurnalistlər üçün çox vacibdir

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Şuşada Qlobal Media Forumunun keçirilməsi artıq ənənəvi hal alıb. Forumda müxtəlif ölkələrdən jurnalistlər, media ekspertləri, ictimai xadimlər iştirak edirlər. Bu, sayca 3-cüdür. Forumun əhəmiyyətindən danışarkən onu qeyd edək ki, Şuşa şəhərinin seçilməsinin həm simvolik, həm də strateji əhəmiyyəti var. Bütün dünyaya bir daha Qarabağın azadlığı və tarixi Azərbaycan torpaqları olması ilə bağlı mesaj verilir".Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. O bildirib ki, işğaldan azad olunan ərazilərdə həyata keçirilən meqa layihələrlə, aparılan abadlıq-quruculuq işləri ilə, regiondakı yeni reallıqlarla dünyanın 52-dən çox ölkəsini təmsil edən 140-dan çox media təmsilçisi tanış olmaq imkanı əldə edirlər:“Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” günümüzün reallqılarından dır. Bu Forumda da bu məsələ ətrafında müxtəlif fikirlər səsələndirilir, mövqelər öyrənilir. Çox istiqamətli panellərdə bütün nüanslar müzakirə edilir. Media quruluşları, jurnalistlər üçün bu çox vacibdir. Müasir dünyada dezinformasiyalar, Saxta xəbərlər bütün cəmiyyətləri təhdid edir. Ona görə də müasir dünyada media yeni reallıqları daha dərindən təhlil etməli, süni intellekt dövründə jurnalsitikanın yeni prinsipləri müəyyənləşməlidir".O qeyd edib ki, forumda Prezident İlham Əliyevin iştirakı və jurnalistlərin suallarını cavablandırması tədbirin əhəmiyyətini daha da yüksəldir:"Prezident müxtəlif məzmunlu suallara cavablandıraraq, Azərbaycanın beynəlxalq sferada və regional anlamda həyata keçirdiyi strateji mövqeyini bütün dünyaya bir daha çatdırdı. Eyni zamanda Azərbaycanın yeni dünya düzənində oynadığı siyasi və iqtisadi rola xüsusi diqqət çəkdi. Bu cavablar Azərbaycanın beynəlxalq aktor olaraq dünyadakı mövqeyinin göstəricisidir. Forum artıq 3-cü gündür ki, öz işini davam etdirir. Müxtəlif formatlatda və mövzularda panellər keçirilir. Medianın müasir çağırışlara adekvatlılığı, süni intellektin müasir jurnalsitikaya təsirləri, dezinformasiyaya qarşı mübarizə formaları müzakirə edilir. Azərbaycanın ev sahibliyi ilə keçirilən bu müzakirələr müasir jurnalistikanın problmelərinin öyrənilməsi və çıxış yollarının axtarılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu Forum eyni zamanda media müstəvisində əməkdaşlıq modellərininn öyrənilməsi baxımından da əhmiyyətlidir. 

Hər kəs bilir ki, media ictimai rəyə nəinki təsir edir, eyni zamanda onu istiqamətləndirir. Buna görə də medianın qlobal və regional təhlükəsizlikdə böyük rolunu qiymərləndirmək lazımdır. Forumun hesab edirəm ki, əsas hədəflərindən biri cəmiyyətlərin dezinformasiyalardan qorunmasında, media savadlılığının artırılmasında birgə səylərin və mexanizmlərin tapılaması istiqamətində aparılan müzakirələri xüsusi ilə əhəmiyyətlidir. Ümumiyyətlə, 3-cü Şuşa Qlobal Media Forumu həm mövzu baxımından, həm də verilən mesajlar baxımından strateji əhəmiyyət daşıyır. 

Çağdaş media mühiti, media savadlılığı, süni intellekt, jurnalistikanın gələcəyi və dezinformasiyalardan qorunmaq istiqmətində aparılan bütün müzakirələr bir daha bu Forumun əhəmiyyətinin əsas göstəriciləridir".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
50
demokrat.az

10Mənbələr