AZ

Azərbaycan Rusiyanı məhkəməyə vermək qərarına gəlsə, ... - Moskvadan AÇIQLAMA

Azərbaycan Rusiyanı məhkəməyə vermək qərarına gəlsə, Moskva rəsmi hökmləri gözləyəcək.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

"Moskva ilə Bakı arasında münasibətlərdə çətin dövr gəlib, Kreml bunun keçəcəyinə ümid edir" - Peskov qeyd edib.

Peskov bildirib ki, Rusiyada yalnız Azərbaycan diasporunun qanunu pozan nümayəndələri təqib olunur.
“Azərbaycan tərəfi Aktau yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190″ sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq məhkəmə instansiyalarına təqdim etmək üçün sənədlər hazırlayır”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib. İlham Əliyev bildirib ki, hadisənin üzərindən yeddi ay keçməsinə baxmayaraq, Rusiya tərəfi bu məsələ ilə bağlı hələ də heç bir cavab verməyib:
 “Bizə hər şey aydındır. Nə baş verdiyini bilirik və bunu sübut edə bilərik. Həmçinin rus rəsmilərinin də baş verənlərdən xəbərdar olduğunu bilirik. Bəs niyə onlar hər hansı bir məsuliyyətli qonşunun atmalı olduğu addımları atmırlar?” – deyə prezident bildirib.

Seçilən
17
7
ucnoqta.az

10Mənbələr