Ukraynada Rusiya hücumu nəticəsində iki nəfər ölüb, daha 15 nəfər yaralanıb. Yaralıların ən kiçiyi 12 yaşında oğlandır.
KONKRET.az xəbər verir ki, Prezident Volodimir Zelenski bildirib ki, ötən gecə Rusiya tərəfi 420-dən çox dron və 20-yə yaxın raket, o cümlədən ballistik raketlər atıb.
Hücumlar nəticəsində Kiyev və ətraf ərazilərdə, Xarkov vilayətində, İvano-Frankovskda ziyan dəyib. Eyni zamanda, Sumı, Xmelnitski, Kirovoqrad, Nikolayev, Poltava və Xerson bölgələrində düşmənin hücum dronları vurulub.
Müşviq Tofiqoğlu
KONKRET.az