AZ

Livan ABŞ-ın təklifinə cavab verdi: “Hizbullah” təslim olur?

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak “Hizbullah”ın tərksilah edilməsi ilə bağlı ABŞ-ın təklifinə Livan prezidenti Cozef Avndan cavab alıb.

Publika.az xəbər verir ki, adının açıqlanmasını istəməyən livanlı siyasi mənbə “Anadolu” agentliyinə bildirib ki, Beyrut Barakın iyunun 19-da təqdim etdiyi ABŞ təklifinə cavabı alıb. Amma o, cavabın təfərrüatlarını açıqlamayıb.

Sözügedən təklif “Hizbullah”ın tərksilah edilməsini və İsrail ordusunun Livanın cənubundan çıxarılmasını ehtiva edir.

Tom Barak iyunun 19-da ABŞ-ın Beyrut administrasiyasına “ölkədə bütün silahların yalnız dövlət nəzarəti altında toplanmasını prioritet hədəf kimi qarşıya qoyan” təklifini təqdim etmişdi.

“Hizbullah”ın baş katibi Naim Qasim iyulun 6-da Aşura mərasimində etdiyi çıxışında bildirib ki, “Hizbullah” İsrailin Livandakı hücumları bitənə qədər silah təhvil vermək çağırışlarına cavab verməyəcək.

Seçilən
15
15
publika.az

10Mənbələr