AZ

İran ABŞ-la danışıqları rədd etdi – Trampın açıqlaması sənəd kimi istifadə olunacaq...


Hazırda nüvə proqramı ilə əlaqədar İranın ABŞ ilə müzakirə aparmağa dair hər hansı proqramı yoxdur. Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda İranın Avropa tərəfi ilə müzakirə aparması elan olunub. Eyni zamanda, İranın qənaətincə, diplomatiya ölkələr arasında razılaşma üçün bir imkandır.

Bəqai bildirib ki, ABŞ prezidenti Donald Trampın İranın nüvə obyektlərinin vurulmasına dair açıqlamasının özü İran əleyhinə qeyri-qanuni addımın atıldığını göstərir. Bütün bunlar İran tərəfindən sənəd olaraq istifadə olunacaq. BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini irəli sürən və onu qəbul edən ABŞ-nin İranın dinc məqsədli nüvə proqramını məhv etməsinə israrlı olması İrana hücumun qanunsuz olduğunu sübut etmək işini asanlaşdırır.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.

Seçilən
34
11
baki-xeber.com

10Mənbələr