AZ

İki gündür Şuşadayıq, amma Şuşanı ən dərin şəkildə məhz bu filmə baxarkən hiss elədim

III Şuşa Qlobal Media Forumunda müasir media tendensiyaları barədə çox maraqlı müzakirələr keçirilir.

"Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi" mövzusunda panelin moderatoru beynəlxalq xəbər aparıcısı və jurnalist Nadira Tudor sözünün əvvəlində dedi ki, jurnalistika həm də şövq tələb edən peşədir. Həmişə mənim də dediyim və təqdir etdiyim bu fikir az sonra əyani şəkildə öz təsdiqini tapdı. Panel çərçivəsində bizim "AnewZ” telekanalının "Təyinat: Şuşa, Azərbaycan" sənədli filminin təqdimatında bu şövq məsələsini bir daha xatırladım. Filmin aparıcısı Fred Nəqqaş Şuşa haqqında elə şövqlə, elə ürəkdən danışırdı ki, onun bu enerjisinin həmsöhbətlərinə də sirayət etdiyinin şahidi oldum. Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Yusif Eyvazov, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova və başqa həmsöhbətlərin danışığındakı şövq, enerji izləyiciləri də əməlli-başlı ovsunlamışdı.

İki gündür Şuşadayıq, amma mən Şuşanı ən dərin şəkildə məhz bu filmə baxarkən hiss elədim. Hətta bir neçə yerdə bərk təsirləndim, gözlərim yaşardı. Sənətin böyüklüyü də elə budur: reallığı bədii təsvirlərlə, obrazlı dildə, böyük sənətkarlıqla çatdırmaq bacarığı.

Mən Rüfət Həmzəyev başda olmaqla "AnewZ” telekanalının əməkdaşlarını və filmin yaradıcı heyətini təbrik edirəm. Onlar bu film üzərində çox böyük sevgi ilə işləyiblər. Filmin ingilis dilində təqdimatını edən Orxan Amaşov da eyni enerji ilə, şövqlə bu işin öhdəsindən gəldi. Düşünürəm ki,

"AnewZ”da jurnalistikanı sevən və ona şövqlə yanaşan kollektiv çalışır.

Yeri gəlmişkən, qeyd edim ki, bu günlər Mətbuat Şurası ilə “Azərbaycan Dəmir Yolları” idarəsinin keçirdiyi müsabiqədə də birinci yerin qalibləri sırasında bu kanalın əməkdaşlarının çəkdiyi video sujet də vardı. Birmənalı olaraq münsiflər bu işi ən yaxşı sujet kimi qiymətləndirmişdilər.

Seçilən
12
50
aznews.az

10Mənbələr