AZ

"İlham Əliyev Zəngəzura böyük önəm verir, inanıram ki..." - Ərdoğan

"Zəngəzur dəhlizinin açılması ticarəti canlandıracaq və konsensus yolu ilə bu məsələ həll edilə bilər".

"Biz bu yola geoiqtisadi ölçülərinə görə həlledici məsələ kimi baxırıq. Belə ki, bu dəhliz bölgəmizin regiondan kənardakı əraziləri də birləşdirəcək və ticarəti canlandıracaq. Bizim əsas gözləntimiz ondan ibarətdir ki, bu yol münaqişə mənbəyinə deyil, konsensusun simvoluna çevrilsin",- Türkiyə Prezidenti əlavə edib.

"İnanıram ki, biz region ölkələri olaraq konsensus yolu ilə bu məsələni həll edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verir. O, dəhlizin tez zamanda istifadəyə verilməsinə çalışır. Onun həm Azərbaycan, həm də region üçün istifadə edilməsini istəyir. İnanıram ki, biz bu məsələni birlikdə həll edəcəyik"(report).

Seçilən
17
50
mia.az

10Mənbələr