İsrail ordusu Yəməndə husilərin nəzarətində olan Hodeyda limanını hava hücumları ilə hədəfə alıb. Zərbələr Qırmızı dəniz sahilində yerləşən ərazidəki hərbi obyektlərə və logistik infrastrukturun bir hissəsinə yönəlib.
Ulusal.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) yaydığı rəsmi açıqlamada bildirilib.
Hücum zamanı zərərçəkən obyektlər arasında liman yaxınlığında yerləşən yanacaq çənləri, hərbi məqsədlə istifadə olunan gəmilər, mühəndis avadanlıqları və dənizdə lövbərdə dayanan bəzi gəmilər də olub. İsrail tərəfi limanın həm də İran silahlarının daşınmasında və husilərin İsrailə qarşı hücumlar hazırlamasında istifadə olunduğunu iddia edir.
Qeyd edək ki, iyulun 7-də İsrailin müdafiə naziri İsrael Katz husilərə qarşı yeni hərbi əməliyyat mərhələsinin başladığını açıqlamışdı. Bu hücumların həmin əməliyyatın davamı olaraq həyata keçirildiyi ehtimal olunur.Musavat.com