Bangladeş Hava Qüvvələrinə aid bir döyüş təyyarəsinin paytaxt Dəkkədə bir universitet kampusuna düşdüyü bildirilib.
Xalqcebhesi.az xəbər verir ki, Dəkkədə Bangladeş döyüş təyyarəsinin universitet kampusuna düşməsi nəticəsində ən azı 1 nəfərin həyatını itirdiyi qeyd edilib.
Yerli mətbuat, axtarış və xilasetmə komandalarının universitet kampusuna göndərildiyini bildirib.
Associated Press-in (AP) məlumatına görə, Bangladeş Hava Qüvvələrinə aid bir təlim təyyarəsi, Dəkkənin şimalında yerləşən Uttara bölgəsindəki bir məktəb kampusuna düşüb. Təyyarənin Milestone Kollecinin kampusuna düşdüyü açıqlanıb. Kampusda uşaqların da olduğu bildirilib.
Bangladeş Ordusunun Xalqla Əlaqələr Ofisi, F-7 BGI tipli təyyarənin Hava Qüvvələrinə aid olduğunu təsdiqləyib. Yanğınsöndürən rəisi Lima Xan, verdiyi açıqlamada ən azı bir nəfərin öldüyünü və ən azı dörd nəfərin də yaralandığını bildirib.
Məryəm Quliyeva