Şuşa. Trend:
“TikTok” gələcəyin platformasıdır – burada əsas izləyicilərinsayı deyil, ideyanın özüdür.
Trend-in xüsusimüxbiri xəbər verir ki, bu barədə III Şuşa Qlobal Media Forumuçərçivəsində TikTok / ByteDance şirkətinin Rusiya, Şərqi Avropa,Mərkəzi Asiya və Monqolustanda dövlət siyasəti və hökumətstrukturları ilə əlaqələr üzrə direktoru Sergey Sokolovbildirib.
Onun sözlərinə görə, “TikTok” özülüyündə prinsipcə tam yenirəqəmsal kommunikasiya modelini təmsil edir. O ənənəvi sosialşəbəkə platformalarından fərqlənir.
“Tiktok-da videonun nə qədər insan tərəfindən izlənməsi abunəçisayından deyil, məzmunun keyfiyyətindən asılıdır. Sizin heç birabunəçiniz olmasa belə, videonuz milyonlarla insan tərəfindənizlənilə bilər. Bu, yeni media ekosisteminin klassik modeldən əsasfərqidir”, – deyə Sokolov vurğulayıb.
O həmçinin əlavə edib ki, platforma yalnız kontent yaradıcılarıvə brendlər üçün deyil, eyni zamanda gənc nəslə məlumat çatdırmaqistəyən siyasətçilər, dövlət qurumları və media üçün də mühüm alətəçevrilməkdədir.