AZ

"TikTok"da əsas videonun keyfiyyətidir, izləyicilərin sayı deyil - Sergey Sokolov

BAKI, TurkicWorld

"TikTok" gələcəyin platformasıdır – burada əsas izləyicilərin sayı deyil, ideyanın özüdür.

TurkicWorld-in xüsusi müxbiri xəbər verir ki, bu barədə III Şuşa Qlobal Media Forumu çərçivəsində TikTok / ByteDance şirkətinin Rusiya, Şərqi Avropa, Mərkəzi Asiya və Monqolustanda dövlət siyasəti və hökumət strukturları ilə əlaqələr üzrə direktoru Sergey Sokolov bildirib.

Onun sözlərinə görə, "TikTok" özülüyündə prinsipcə tam yeni rəqəmsal kommunikasiya modelini təmsil edir. O ənənəvi sosial şəbəkə platformalarından fərqlənir.

"Tiktok-da videonun nə qədər insan tərəfindən izlənməsi abunəçi sayından deyil, məzmunun keyfiyyətindən asılıdır. Sizin heç bir abunəçiniz olmasa belə, videonuz milyonlarla insan tərəfindən izlənilə bilər. Bu, yeni media ekosisteminin klassik modeldən əsas fərqidir", – deyə Sokolov vurğulayıb.

O həmçinin əlavə edib ki, platforma yalnız kontent yaradıcıları və brendlər üçün deyil, eyni zamanda gənc nəslə məlumat çatdırmaq istəyən siyasətçilər, dövlət qurumları və media üçün də mühüm alətə çevrilməkdədir.

Seçilən
16
35
turkic.world

10Mənbələr