AZ

Konfrans Liqası: Azərbaycan təmsilçilərinin potensial rəqibləri bilinib

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib...

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilib.

Püşkdə Azərbaycan təmsilçiləri "Zirə", "Sabah" və "Araz-Naxçıvan"ın da potensial rəqibləri bəlli olub.
"Zirə"nin bu mərhələdəki mümkün rəqibi "Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütünün qalibi olacaq.

"Araz-Naxçıvan" "Aris" (Yunanıstan) səddini adlamağı bacarsa, "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) duelinin güclüsü ilə qarşılaşacaq.
"Sabah" isə "Petrokub"u mübarizədən kənarlaşdırsa, "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə üz-üzə gələcək.

Poliqin.info

phrase_var_article.chosen
22
8
poliqon.info

10phrase_var_article.sources