AZ

"Haber Global"ın çəkiliş heyəti Suriyada qızğın döyüş meydanına düşüb

Türkiyənin "Haber Global" televiziya kanalının çəkiliş heyəti Suriyanın cənubundakı Əs-Suveyda əyalətində çəkiliş etmək istəyərkən silahlı toqquşmaya şahidlik ediblər.

Far.Az xəbər verir ki, Suriyaya çəkiliş üçün "Haber Global"ın iki əməkdaşı - müxbir Mehmet Altunşık və operator Alperen Ulukuş ezam olunublar.

Suriya hökuməti ilə druz yaraqlılar arasında atəşkəs barədə şərti razılıq əldə olunsa da, jurnalistlər Əs-Suveydada vəziyyətin nə qədər gərgin olduğuna şahidlik ediblər.

Mehmet Altunşık canlı efirdə verdiyi açıqlamada qeyd edib ki, onlar qarşıdurma edən tərəflər arasındakı nəzarət məntəqəsinə yaxınlaşarkən anidən qarşı tərəfdən atəş açılıb və ortalıq bir anda müharibə meydanına dönüb.

"Biz bir daha bölgədə vəziyyətin nə qədər gərgin, atəşkəsin nə qədər kövrək olduğunu gözlərimizlə şahidlik etdik", - deyə jurnalist qeyd edib.

phrase_var_article.chosen
0
14
far.az

10phrase_var_article.sources