Astara rayonunun İstiqlaliyyət küçəsində bir-biri ilə ardıcıl toqquşan 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dönmə əməliyyatı zamanı “Opel” markalı avtomobil “Audi” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Ardınca həmin ərazidə “Mercedes” və “Moskviç” markalı avtomobillər də toqquşub.
Nəticədə hər 4 avtomobilə maddi ziyan dəyib. Qəza zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələri ciddi deformasiyaya uğrayıb.
Hadisə yerinə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.
phrase_var_article.topics