AZ

İranda növbəti müəmmalı yanğın: NEZ yenə alovlandı

İranın İsfahan şəhərində yerləşən neft emalı zavodunda (NEZ) güclü yanğın baş verib. Yanğın Ziyar yolunun yaxınlığında yerləşən müəssisədə qeydə alınıb və təxminən 1500 kvadratmetr sahəni əhatə edib.

KONKRET.az xəbər verir ki, rəsmilərin açıqlamasına görə, alovun yayılması qarşısı alınıb və yaxınlıqdakı obyektlər qorunub. Hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, 19 iyulda da İranın cənub-qərbində yerləşən Əbadan şəhərində NEZ-də oxşar yanğın baş vermişdi.

Hadisələrin ard-arda baş verməsi fonunda bəzi müxalif iranlı jurnalistlər bu yanğınları sabotaj ehtimalı ilə əlaqələndirir. Ekspertlərin fikrincə, son aylarda İranın sənaye obyektlərində müəmmalı şəkildə artan qəza və yanğınlar müəyyən qüvvələrin məqsədli müdaxiləsindən xəbər verə bilər.

Natiq Səlim,
KONKRET.az

Seçilən
4
19
konkret.az

10Mənbələr