AZ

Husilər İsrail ərazisinə hava zərbələri endiriblər

BAKI, TurkicWorld

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının tərəfdarları İsraildəki beş obyektə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

TurkicWorld xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriə məlumat verib.

Onun sözlərinə görə, Yəmən Silahlı Qüvvələrinin PUA bölmələri unikal hərbi əməliyyat həyata keçirib. Əməliyyat çərçivəsində Ben Qurion hava limanı, Təl-Əvivin Yaffa bölgəsindəki hərbi obyekt, Ümm ər-Rəşrəş limanı (Eylatın ərəb adı), Ramon hava limanı və Aşdod şəhəri yaxınlığında yerləşən hərbi obyekt hədəfə alınıb.

Yəhya Səriənin qeyd edib ki, hücum zamanı beş pilotsuz uçuş aparatı istifadə olunub və “əməliyyat öz hədəflərinə uğurla çatıb”.

Bundan əvvəl, İsrail Hərbi Hava Qüvvələri Qırmızı dəniz sahilində yerləşən Hudeyda limanına hücumlar həyata keçirib. İsrail ordusunun açıqlamasında bildirilib ki, hücumlar liman infrastrukturunun bərpasında istifadə olunan texnika, yanacaq çənləri, husilərə məxsus qayıqlar və liman akvatoriyasında olan digər gəmiləri hədəf alıb. Hücum nəticəsində limanın körpülərindən birinin məhv edildiyi bildirilib.

Qeyd edək ki, Qəzza zolağında 2023-cü ildə münaqişənin alovlanmasından sonra husilər İsrail ərazisinə hücum edəcəklərini və onunla əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini açıqlamışdılar. Hücumlar bu ilin yanvarında Qəzzada elan edilən atəşkəsdən sonra dayandırılmışdı. Lakin mart ayında atəşkəs pozulduqdan sonra husilər İsrailə məxsus gəmilərə qarşı hücumlar bərpa ediblər və Ben Qurion hava limanı da daxil olmaqla İsrail ərazisindəki obyektlərə yenidən hücumlar həyata keçirməyə başlayıblar.

Seçilən
5
31
turkic.world

10Mənbələr