Yəmənin “Ənsar Allah” hərəkatı pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməklə İsraildə beş obyektə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya məlumat yayıb.
Məlumata görə, hədəflər Ben-Qurion Beynəlxalq Hava Limanı, Eylat dəniz limanı və bir neçə hərbi obyekt olub.