“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu işini mədəni proqramla yekunlaşdırıb.
Referans xəbər verir ki, forum iştirakçıları üçün açıq havada canlı musiqi sədaları altında mədəni proqram, həmçinin tanınmış aşpazların yeməklərindən ibarət şam yeməyi təşkil olunub.
Tədbirdə 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media strukturunun, eləcə də digər ixtisaslaşmış qurumların nümayəndələri iştirak ediblər.
İştirakçılar arasında xarici və Azərbaycan KİV-nin nümayəndələri, ekspertlər və rəsmi şəxslər də olub.
Forum çərçivəsində onun iştirakçıları üçün Ağdam rayonuna, Laçın və Xocalı şəhərlərinə tanışlıq məqsədli səfərlər təşkil olunub.
Xatırladaq ki, III Şuşa Qlobal Media Forumu iyulun 19-da başlayıb və iyulun 21-dək davam edib.