Paytaxtın Səbail rayonu Bibiheybət qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ölkə.az Avtosfer.az-a istinadən xəbər verir ki, qəza iyulun 20-də gecə saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb.
Şahidlərin sözlərinə əsasən, qəzaya səbəb sürücünün işıqforun qırmızı işığında hərəkət etməsi olub. Hadisə zamanı sükanı buraxan sürücü qadın sərnişinlə birgə yola yıxılıb. Bir müddət öz-özünə hərəkət edən motosiklet daha sonra dəmir maneəyə çırpılaraq aşıb.
Aldığı zərbənin təsirindən sərnişin - İnci adlı gənc qız hadisə yerində dünyasını dəyişib. Ağır xəsarətlər alan sürücü isə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Məlumata görə, onun ayaqları amputasiya olunub və hazırda reanimasiyadadır.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.