AZ

Qarabağ Dublindədir Şəkillər

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelbrun”la (Shelbourne) qarşılaşacaq “Qarabağ” bu gün İrlandiyaya yollanıb.

QOL.az xəbər verir ki, komanda təxminən 6 saat yarımlıq uçuşdan sonra paytaxt Dublinə çatıb. 

Ağdam klubunun bu günə məşqi nəzərdə tutulmayıb. Sabah Dublin vaxtı ilə saat 18:45-də (Bakı vaxtı ilə 21:45) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı, 19:00-da isə komandanın "Tolka Park” arenasında məşqi keçiriləcək.

Qeyd edək ki, iyulun 23-də keçiriləcək "Şelburn" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
50
qol.az

10Mənbələr