AZ

“Neftçi” “Termalitsa” ilə oyuna hazırlığı başa vurdu

2025/2026-cı illər mövsümünə hazırlaşan “Neftçi” Polşanın Keltse şəhərində təlim-məşq toplanışını davam etdirir.

Arena.az xəbər verir ki, komanda üzvləri toplanışın 7-ci günündə növbəti məşqə çıxıblar.

Bu, “ağ-qaralar”ın, yerli “Termalitsa” (Nyeçetşa) komandasına qarşı sabah keçirəcəyi ikinci yoxlama oyunundan əvvəl son hazırlığı olub.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürəcək görüş “Sportovi novini” stadionunda təşkil olunacaq. Qarşılaşma paytaxt klubunun rəsmi “Youtube” telekanalı ilə canlı yayımlanacaq.

Seçilən
40
50
arena.az

10Mənbələr