Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda səfərdədir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, nazir Tbilisidə gürcüstanlı həmkarı Maka Boçorişvili ilə görüşəcək.
XİN başçıları görüşdən sonra mətbuata birgə açıqlama ilə çıxış edəcəklər.
Ceyhun Bayramov gün ərzində Gürcüstan parlamentində də görüşlər keçirəcək.
Səid Babazadə
***
08:42
Xarici işlər naziri Ceyhun Bayramov iyulun 22-də Gürcüstana rəsmi səfərə yola düşüb.
APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.