Ajans.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Suriya ilə İsrail arasında görüş keçiriləcəyi gözlənilir. ABŞ-da yerləşən Axios xəbər platforması ABŞ-ın Suriya və İsrail arasında görüşə vasitəçilik edəcəyini bildirib. Görüşün cümə axşamı baş tutacağı gözlənilir. Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu və Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əş-Şəraa ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılıq əldə ediblər. Bu barədə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak "X" hesabında məlumat yaymışdı. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.