AZ

Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb

Bakı. Trend:

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının birsıra dövlət xadimləri adından “deep fake” texnologiyası iləhazırlanmış, reallığı əks etdirməyən açıqlamalar yayılıb.

Medianın İnkişafı Agentliyindən Trend-ə bildirilib ki, müəyyən dairələrtərəfindən süni intellektin köməyi ilə hazırlanan və informasiyamühitində yayılan silsilə xarakterli saxta videogörüntülər ictimairəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir.

“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyayainanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənininformasiya agentlikləri və digər peşəkar media subyektlərindənəldə etməyə çağırırıq.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bukimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxtavə yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyalarıilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıqolmağa səsləyirik”, - məlumatda qeyd edilib.

phrase_var_article.chosen
20
49
az.trend.az

10phrase_var_article.sources