AZ

Aİ–Çin münasibətlərində “qırılma nöqtəsi” – Ursula fon der Lyayen xəbərdarlıq etdi

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqı ilə Çin arasında ticarət münasibətlərində ciddi gərginliyin yarandığını bəyan edib.

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, tərəflər "qırılma nöqtəsi"nə çatıb və vəziyyət balanslaşdırılmazsa, münasibətlər yeni mərhələyə keçə bilər.

"Çinlə Aİ arasında ticarətdə disbalans açıq şəkildə görünür. Bu, son dərəcə həyati məsələdir. Brüssel və Pekin problemləri etiraf etməli və real həll yolları təklif etməlidirlər," - deyə fon der Lyayen bildirib.

Qeyd olunur ki, 2023-cü ildə Avropa İttifaqının Çinlə ticarət balansındakı kəsir rekord həddə - 305,8 milyard avroya çatıb. Bu rəqəm Aİ-nin Çinlə münasibətlərində iqtisadi asılılığın getdikcə artdığını göstərir.

Çin Xalq Respublikasının sədri Si Cinpin isə Avropa tərəfinə "düzgün strateji seçim" etməyə çağırıb və qlobal vəziyyətin getdikcə daha "mürəkkəb və ciddi" xarakter aldığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
80
50
olaylar.az

10Mənbələr