AZ

Magistaturaya qəbul olanların sənəd qəbulu başladı

BAKI, 24 iyul. TELEQRAF

Magistraturaya qəbul olunanların elektron sənəd qəbulu başlayıb.

Teleqraf xəbər verir ki, bu gün saat 15:00-dan etibarən ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunanların sənəd qəbulu prosesi başlayır.

Müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 1 avqust saat 18:00-da yekunlaşacaq.

Seçilən
50
49
teleqraf.com

10Mənbələr