Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Day.Az xəbər verir ki, bu barədə APA-ya onun oğlu Yaşar Babayev məlumat verib.
Y.Babayev qeyd edib ki, atasının vəziyyəti ağırlaşıb və tibb müəssisəsinə yerləşdirilib:
"Həkimlər əllərindən gələni edir. Bu gün Təcili Tibii Yardım maşını ilə Bakıya aparacağıq".