Türkiyədə partlayış olub.
Bizim.Media xəbər verir ki, Diyarbakırda neft quyusunda baş verən partlayışda 2-si ağır olmaqla 7 işçi yaralanıb.
Diyarbakır-Batman yolundakı TPAO-ya məxsus Üçtepe-1 neft quyusunda gecə saatlarında baş verən partlayışdan sonra yanğın başlayıb, 7 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Partlayışa qaz sızması səbəb olub. Sahədəki işçilərin çevik müdaxiləsi nəticəsində neft çəni bağlanıb və yanğının böyüməsinin qarşısı alınıb.
Bizim.Media