2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Karvan" yeni transferini açıqlayıb.
Operativ Media xəbər verir ki, Yevlax klubu Vadim Abdullayevi transfer edib.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, yarımmüdafiəçi son olaraq “Araz Naxçıvan” klubunun formasını geyinib.