AZ

“Qarabağ” – “Şelburn”: neçə bilet satılıb?

“Qarabağ”ın Çempionlar Liqasında “Şelburn”a qarşı keçirəcəyi II təsnifat mərhələsinin cavab oyununa bilet satışı davam edir.

Futbolpress.az xəbər verir ki, görüş üçün artıq 11000 bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Oyun iyulun 30-da keçiriləcək. “Qarabağ” ilk matçda 3:0 hesabıyla qələbə qazanıb.

Seçilən
89
50
futbolpress.az

10Mənbələr