AZ

"Qarabağ" – "Şelburn" matçına 11 min bilet satılıb

Bakı. Trend:

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıdakeçiriləcək “Qarabağ” – “Şelburn” (İrlandiya) oyunu üçün indiyədək11 min bilet satılıb.

Trend xəbər verirki, bu barədə Ağdam klubunun Mətbuat Xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaqqarşılaşmanın biletlərinin qiyməti 5, 10, 20, 30, 75 və 100 manattəşkil edir. VIP C və VIP D sektorlarına bilet alaraq VIP Loungeüstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün isə qiymət 300manatdır.

Azarkeşlər biletləri “iTicket.az” onlayn platformasından, eləcədə satış məntəqələrindən, “Qarabağ”ın “Park Bulvar”dakıfan-şopundan və stadionun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" – "Şelburn" oyunu iyulun 30-u saat20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda startgötürəcək. İyulun 23-də İrlandiyada keçirilən ilk görüşdə “Qarabağ”rəqibini 3:0 hesabı ilə məğlub etmişdi.

Seçilən
88
20
az.trend.az

10Mənbələr