Ağdam və Füzuli rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb. Hazırda Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi, Xocalı rayonunun Aşağı Yemişcan, Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Mia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.