AZ

"Neftçi" Polşada yunanlarla üz-üzə gəlir

"Neftçi" Plşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama görüşünü keçirəcək.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"Yunanıstanın “Asteras”(Tripoli) klubu ilə qarşılaşacaq.

Kieltse şəhərindəki Pilkarski stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Samir Abasovun komandası Polşadakı təlim-məşq toplanışında "Hapoel Təl-Əviv" (1:1) və "Bruk-Bet Termalika" (Polşa) (2:2) ilə qarşılaşmışdı.

Komanda son yoxlama görüşünü isə avqustun 1-də AEL-ə (Kipr) qarşı keçirəcək.

Seçilən
88
49
sportinfo.az

10Mənbələr