Ötən mövsüm "Səbail”də oynamiş İnnosent Nşutinin yeni klubu bəlli olub.
Sportinfo.az xəbər verir ki, Ruanda millisinin hücumçusu Tunisdə çıxış edəcək.
Nşuti bu ölkənin yüksək liqa təmsilçisi “Zarzis”lə anlaşıb. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Nşuti bu ilin yanvarından iyununa qədər "Səbail"də oynayıb.