AZ

Göyçayda AĞIR QƏZA: Yaralanan var

Göyçay rayonunda mikroavtobus ağaca çırpılıb.

Bakues.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Göyçay-Bərquşad yolunun Şıxbəy kənd ərazisindən keçən hissəsində baş verib.

Göyçay rayon sakini 1971 ci il təvəllüdlü Xaləddin Nəsrullayev “Ford Tranzit” markalı avtomobillə idarəetməni itirərək yolun əks istiqamətində olan ağaca çırpılıb.

Hadisə yerinə FHN-nin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb olunub və avtomobil ərazidən götürülüb. Qəza zamanı xəsarət alan şəxs isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
55
3
icma.az

10Mənbələr