AZ

Tramp Putinə verdiyi 50 günlük müddəti qısaldır - cavabın nə olacağını artıq bilirəm…


ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya daha əvvəl verdiyi 50 günlük müddətin qısaldılacağını açıqlayıb.

“Mən 50 günü qısaldacağam, çünki düşünürəm ki, cavabı və nə baş verəcəyini artıq bilirəm”, – Tramp deyib.

Rusiya prezidenti Putindən məyus olduğunu ifadə edən Tramp əlavə edib: “Mən prezident Putindən çox ciddi şəkildə məyus oldum”.

Rusiya ordusunun Ukraynaya hücumlarını davam etdirməsini tənqid edən Tramp, buna görə də müddəti qısaldacağını bildirib.

Xatırladaq ki, Tramp iyulun 14-də Moskvaya sərt xəbərdarlıq edərək, Ukrayna ilə 50 gün ərzində atəşkəs razılaşması əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarından gələn mallara 100 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. O, həmçinin NATO müttəfiqlərinin də töhfəsi ilə Kiyevə silah daşınmasının bərpa ediləcəyini vəd edib.

TAHİR

Seçilən
67
46
baki-xeber.com

10Mənbələr