“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Şelburn” (İrlandiya) Bakıya bu gün çarter reysi ilə gələcək.
Sportinfo.az xəbər verir ki, İrlandiya təmsilçisini oyunda 100-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir.
“Qarabağ” - “Şelburn” matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.
Dublində baş tutan ilk oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.