AZ

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

İyulun 28-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Operativ Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat verib.

Axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  
    
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Seçilən
10
49
operativmedia.az

10Mənbələr